ÇL-in qalibi kim olacaq? - "Superkompyüter" favoriti müəyyənləşdirdi

ÇL-in qalibi kim olacaq? - "Superkompyüter" favoriti müəyyənləşdirdi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra turnirin favoriti müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, "Opta" statistik portalının "Superkompüter"i komandaların qalib olmaq şanslarını qiymətləndirib.

Məlumata görə, bu mövsüm Çempionlar Liqasının qalibi olmağa əsas iddiaçı 28,7 faiz qalibiyyət şansı ilə London “Arsenal”ıdır. İkinci yerdə 25,5 faiz şansla Milan “İnter”i qərarlaşıb. PSJ-nin qalib gəlmək şansı 24 faiz qiymətləndirilib. "Barselona"nın kuboku qazanmaq şansı ən azdır. Kataloniyalılara Çempionlar Liqasını qazanmaq üçün 21,8 faiz şans verilib. 

Qeyd edək ki, yarımfinalda "Barselona" "İnter"lə, "Arsenal" isə PSJ ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər