ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

2024/25 mövsümündə Türkiyə Super Liqasının qalibi olan "Qalatasaray" tarixində 25-ci dəfə ölkə çempionluğunu əldə edərək yeni formatda keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinə birbaşa vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, beləliklə, İstanbul nəhənginin qitənin ən nüfuzlu klub turnirindən əldə edəcəyi qazanc bəlli olub. 

UEFA-nın yayımladığı son maliyyə hesabatına əsasən, "Qalatasaray" liqa mərhələsinə birbaşa vəsiqə qazandığı üçün 18,62 milyon avro məbləğində iştirakçı haqqı əldə edəcək. Bundan əlavə, "sarı-qırmızılılar"ın Çempionlar Liqasındakı uğurlarına görə gəlirləri daha da arta bilər:

Hər qələbəyə: 2,1 milyon avro Hər heç-heçəyə: 700 min avro Pley-off mərhələsinə qatılmaq: 1 milyon avro 1/8 finala yüksəlmək: 11 milyon avro 1/4 final: 12,5 milyon avro Yarımfinal: 15 milyon avro Final: 18,5 milyon avro Turnirin qalibi olmaq: əlavə 6,5 milyon avro

Beləliklə, "Qalatasaray" yalnız iştirak etməklə 18,62 milyon avro gəlir əldə edəcək. Komandanın turnirdə göstərdiyi performansa görə bu məbləğ 60 milyon avronu aşa bilər.

Qeyd edək ki, UEFA-nın yeni formatına görə qrup mərhələsinin yerini liqa mərhələsi alıb və turnirdə iştirakçı sayı 32-dən 36-ya yüksəldilib. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaq, 9–24-cü sıralarda yer alan komandalar isə pley-off oynayacaqlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər