ÇL-də 1/4 finalın rəmzi komandası bəlli oldu - FOTO

ÇL-də 1/4 finalın rəmzi komandası bəlli oldu - FOTO

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının nəticələrinə əsasən rəmzi komanda müəyyənləşib.

Fanat.Az xəbər verir ki, UEFA "Arsenal" - "Real Madrid" (3:0), "Bayern Münhen" - "İnter" (1:2), "Barselona" - "Borussiya Dortmund" (4:0) və PSJ - "Aston Villa" (3:1) matçlarında ən yaxşı futbolçuları seçib.

1/4-in rəmzi komandasına “Arsenal”dan Uilyam Saliba, Jurrien Timber və Deklan Rays, “Barselona”dan Robert Levandovski və Lamine Camal, PSJ-dən Nuno Mendes, Vitinya və Xviça Kvaratsxeliya, “İnter”dən Yann Sommer, Alessandro Bastoni və Nikolo Barella daxil edilib.

ÇL-də 1/4 finalın rəmzi komandası bəlli oldu - FOTO Mərhələnin cavab görüşləri aprelin 16-dan 17-nə keçən gecə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər