Kosta Martins faciəvi şəkildə öldü

Kosta Martins faciəvi şəkildə öldü

Portuqaliyanın "Oliveyrense" klubunun gənc futbolçusu İvan Kosta Martinsin həyatı faciəvi şəkildə yarımçıq qalıb.

Fanat.Az xəbər verir ki, onun yol qəzasında öldüyü bildirilir.

Məlumatı “A Bola” yayıb. Xəbərə görə, hadisə Portudan təxminən 15 kilometr aralıda tunelin yaxınlığında baş verib. 19 yaşlı futbolçunun idarə etdiyi avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Zəngə gələn həkimlər yalnız futbolçunun ölümünü təsdiqləyiblər.

Martins İsveçrənin “Yanq Boyz” klubunun gənclərdən ibarət komandasında da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər