Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

"Milan"ın baş məşqçisi Serjiu Konseysau mövsümün sonunda "Milan"ın baş məşqçi postunu tərk edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.

Mənbənin məlumatına görə, mütəxəssislə bağlı qərar komandanın İtaliya kubokunun finalında "Bolonya"ya məğlubiyyətindən (0:1) sonra təsdiqlənib.

"Milan" həmçinin, portuqaliyalı yarımmüdafiəçi Joau Feliksi satın almayacaq. Ulduz futbolçu fevralın 3-dən etibarən icarə əsasında "rossonerilər"də çıxış edir.

50 yaşlı Konseysao ötən il dekabrın sonundan "Milan"ı çalışdırır. 

25 yaşlı Feliks isə İtaliya nəhənginin heyətində 19 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Milan" 36 oyundan sonra 60 xalla A Seriyasında 8-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər