KONKAKAF Qızıl Kubokunda 1/4 finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Kanada və Honduras bu mərhələyə adlayan son komandalar olublar.
Kanada yığması Salvadoru məğlub edib. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Honduras isə Kurasaonu 2:1 hesabı ilə üstələyib.
Beləliklə, 1/4 final cütləri məlum olub:
ABŞ - Kosta Rika Kanada - Qvatemala Meksika - Səudiyyə Ərəbistanı Panama - Honduras
Qeyd edək ki, KONKAKAF Qızıl Kubokunun son qalibi Meksika yığması olub.