Konfrans Liqasının qalibi ulduzuna cəlbedici müqavilə hazırlayır

Konfrans Liqasının qalibi ulduzuna cəlbedici müqavilə hazırlayır

Londonun "Çelsi" klubu yarımmüdafiəçisi Moyses Kaysedoya yeni müqavilə təklif etməyə hazırdır.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, tezliklə ekvadorlu futbolçu ilə danışıqlara başlamağa hazırlaşan Konfrans Liqasının qalibi artıq bu yöndə işlərə başlayıb. 23 yaşlı yarımmüdafiəçinin müqavilə şərtlərinin daha cəlbedici olacağı bildirilir.

Kaysedo 2024/25 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, yarımmüdafiəçi 2023-cü ilin yayında "Brayton"dan 115 milyon funt-sterlinqə transfer olunub. Onun londonlularla hazırkı müqaviləsinin müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər