Konfrans Liqasının qalibi bəlli oldu

Konfrans Liqasının qalibi bəlli oldu

Bu gün UEFA Konfrans Liqasının 2022/2023 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. 

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edib. Üç qolun qeydə alındığı matç İngiltərə təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, Konfrans Liqasında ilk qalib ötən mövsüm çempion olmuş İtaliya "Roma"sıdır.

UEFA Konfrans Liqası Final 7 iyun

"Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) 1:2 Qol: Bonaventura, 67 – Benrahma, 62-pen. Bouen, 90. Baş hakim: Karlos Del Serro (İspaniya). Praqa, "Eden Arena".

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər