Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

UEFA Konfrans Liqasının final qarşılaşmasının - “Betis” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının hakimləri bəlli olub.

Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, həlledici görüş İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.

Ona yan xətdə Senad İbrisimbeqoviç and Davor Beljo kömək edəcək. 4-cü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.

Mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Wroclaw Stadium”da keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər