Konfrans Liqasının da püşkü atıldı

Konfrans Liqasının da püşkü atıldı

Avropa Konfrans Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Fanat.Az xəbər verir ki, ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça”nın da növbəti raunddakı rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.

1/4 final “Brügge” (Belçika) – PAOK (Yunanıstan) “Olimpiakos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə) “Aston Villa” (İngiltərə) - “Lill” (Fransa) “Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)

Yarımfinal “Aston Villa”/“Lill” - “Olimpiakos”/“Fənərbaxça” “Viktoriya”/“Fiorentina” - “Brügge”/PAOK

1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda reallaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər