Konfrans Liqasında yeni mövsümə start verildi

Konfrans Liqasında yeni mövsümə start verildi

UEFA Konfrans Liqasında 2023/24 mövsümünə start verilib.

Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

Açılış matçında "Düdelanj" Lüksemburqda İrlandiya "Sent Patriks"ini 2:1 hesabı ilə məğlub edib.

Digər görüşdə isə Estoniyanın "Payde" klubu Farer adalarında "B36 Torshavn"la qolsuz heç-heçəyə razılaşıb.

Mərhələnin digər oyunları iyulun 13-də keçiriləcək.

Konfrans Liqası 1-ci təsnifat mərhələsi 12 iyul

Düdelanj (Lüksemburq) - Sent Patriks (İrlandiya) 2:1

B36 Torshavn (Farer adaları) - Payde (Estoniya) 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər