Konfrans Liqasında iki matç

Konfrans Liqasında iki matç

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əslində, pley-offa vəsiqə uğrunda hər iki görüşün favoriti böyük ölçüdə bəllidir. Ötən həftə darmadağınla qalib gələn “Hakken”lə “Pakş” üstünlüklərini səfərdə qorumağa çalışacaqlar. 

Mərhələnin digər qarşılaşmaları avqustun 14-15-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin matçları avqustun 22-də və 29-da keçiriləcək.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 13 avqust

20:30. Payde (Estoniya) – Hakken (İsveç) İlk oyun – 1:6

22:45. Mornar (Monteneqro) – Pakş (Macarıstan) İlk oyun – 0:3  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər