Konfrans Liqasında I təsnifat mərhələsinə start verildi

Konfrans Liqasında I təsnifat mərhələsinə start verildi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında I təsnifat mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Maltanın “Qzira” klubu doğma meydanda Andorranın “Atletik Eskaldes” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiya “Larne”nin duelində isə qalib müəyyənləşməyib - 0:0.  

Qeyd edək ki, bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər