Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu ada “Bodo Qlimt”in (Norveç) yarımmüdafiəçisi Albert Qronbaek layiq görülüb.

O, buna “Ayaks”la səfər matçında (2:2) dubla imza atmaqla nail olub.

Həftənin ən yaxşısı adına Tomi Horvat (“Şturm Qraz”), Matias Rasmussen (“Yunion”) və Fredrik Qulbrandsen (“Molde”) də namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər