Konfrans Liqasında 1/4 cütlükləri müəyyənləşdi - YENİLƏNDİ

Konfrans Liqasında 1/4 cütlükləri müəyyənləşdi - YENİLƏNDİ

Bu gün UEFA Konfrans Liqasında cari mövsümün sonuncu püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olub.

1/4 finalın cütlükləri:

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)

"Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland) 

"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

Yarımfinal:

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) cütünün qalibi - "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa) cütünün qalibi "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) cütünün qalibi - "Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland) - cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də, final görüşü isə iyunun 7-də oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər