Konfrans Liqası: Yarımfinal mərhələsinin iştirakçıları bəlli oldu

Konfrans Liqası: Yarımfinal mərhələsinin iştirakçıları bəlli oldu

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

Turnirin favoritlərindən olan İtaliya "Roma"sı Norveçin "Budyo Qlimt"i komandasını 4:0 hesabı ilə məğlub edib. Roma təmsilçisi ilk oyunda 1:2 hesabı ilə uduzsa da, cavab oyununda vurduğu 4 qol hesabına yarımfinala adlayıb. 

UEFA Konfrans Liqası, 1/4 final Cavab oyunları

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) 1:2 İlk oyun - 0:0

Qollar: Zaxavi, 27. - Meddison, 77. Rikardu Pereyra 88.

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) 1:3 İlk oyun - 3:3

Qollar: İbrahim Traore, 14 - Dessers, 2, 59. Sinisterra, 78.

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) 0:1 İlk oyun - 1:2

Qollar: Dmitri Payet, 34.

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) 4:0 İlk oyun - 1:2.

Qollar: Temmi Abraham, 5.  Nikolo Zanilo, 23, 29, 49. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər