Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.
Fransada yerli “Lill” doğma meydanda Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası üzərində inamlı qələbəyə sevinib.
Qrup mərhələsinin ilk turunun qalan bütün oyunları sabah keçiriləcək.
Avropa Konfrans Liqası Qrup mərhələsi 20 sentyabr
A qrupu
“Lill” (Fransa) – “Olimpiya” (Lyublyana, Sloveniya) 2:0 Qollar: David, 43-pen. Y.Yazıcı, 90+4.