Konfrans Liqası: Qonaqlar meydan sahiblərinə aman vermədi

Konfrans Liqası: Qonaqlar meydan sahiblərinə aman vermədi

Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb

Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib

Malta və Farer adaları təmsilçiləri rəqiblərini doğma arenada qəbul ediblər. Lakin hər iki görüş qonaqlar üçün uğurlu olub. Belə ki, Avstriya "Volfsberger"i Malta "Qzira Yunayted"ini 4:0, Danimarka "Viborq"u Farer adalarından "B36 Torshavn"ı 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəliblər. 

Mərhələnin digər qarşılaşmaları isə avqustun 10-11-də keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4 İlk oyun – 0:0

22:00. B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2 İlk oyun – 0:3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər