Konfrans Liqası: Pley-off mərhələsinə yekun vuruldu

Konfrans Liqası: Pley-off mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” də növbəti oyunlarına bu gün çıxıb.

“Qarabağ” Şotlandiyada “Aberdin”in, “Neftçi” isə İsraildə Hayfa “Makkabi”sinin qonağı olub. Ağdam təmsilçisi inamlı qələbə sayəsində bu turnirin qrup mərhələsində oynamaq hüququ qazanıb. Paytaxt klubu isə səfərdə böyük hesabla yenilərək avrokuboklarla vidalaşıb.

“Trabzonspor” (Türkiyə) səfərdə İtaliya “Roma”sı ilə üz-üzə gəlib və 3 cavabsız qolla uduzub. Türkiyənin digər təmsilçisi “Sivasspor” isə “Kopenhagen”dən rüsvayçı yenilgi alıb.

İngiltərənin “Tottenhem” komandası doğma meydanda Portuqaliya “Pasuş de Fereyra”sını qəbul edib. Komandalar arasında Portuqaliyada baş tutan görüşdə “Tottenhem” 0:1 hesabıyla uduzmuşdu. Cavab görüşündə darmadağına sevinən London klubu sürprizə imkan verməyib.

Avropa Konfrans Liqası Pley-offun cavab oyunları 26 avqust

Kayrat (Qazaxıstan) – Fola (Lüksemburq) 3:1 İlk oyun 4:1

Jilina (Slovakiya) – Yablonets (Çexiya) 0:3 İlk oyun 1:5

Linkoln (Cəbəllütariq) – Riqa (Latviya) 3:1 İlk oyun 1:1

Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) 1:0 İlk oyun 2:2

Anortosis (Kipr) – Hapoel (Beer-Şeva, İsrail) 3:1 İlk oyun 0:0

Roma (İtaliya) – Trabzonspor (Türkiyə) 3:0 İlk oyun 2:1

Kopenhagen (Danimarka) – Sivasspor (Türkiyə) 5:0 İlk oyun 2:1

Elfsborq (İsveç) – Feyenoord (Niderland) 3:1 İlk oyun 0:5

Vitess (Niderland) – Anderlext (Belçika) 2:1 İlk oyun 3:3

Rusenborq (Norveç) – Renn (Fransa) 1:3 İlk oyun 0:2

ÇSKA (Sofiya, Bolqarıstan) – Viktoriya (Çexiya) 3:0 İlk oyun 0:2

Hammarbü (İsveç) – Bazel (İsveçrə) 3:1 (penaltilər 3:4) İlk oyun 1:3

Makkabi (Hayfa, İsrail) – Neftçi (Azərbaycan) 4:0 İlk oyun 3:3

Makkabi (Təl-Əviv, İsrail) – Şaxtyor (Qazaxıstan) 2:0 İlk oyun 2:1

Gent (Belçika) – Rakuv (Polşa) 3:0 İlk oyun 0:1

Riyeka (Xorvatiya) – PAOK (Yunanıstan) 0:2 İlk oyun 1:1

Sent-Conston (Şotlandiya) – LASK (Avstriya) 0:2 İlk oyun 1:1

Union Berlin (Almaniya) – KuPS (Finlandiya) 0:0 İlk oyun 4:0

Tottenhem (İngiltərə) – Pasuş de Fereyra (Portuqaliya) 3:0 İlk oyun 0:1

Aberdin (Şotlandiya) – Qarabağ (Azərbaycan) 1:3 İlk oyun 0:1

Şemrok Rovers (İrlandiya) – Flora (Estoniya) 0:1 İlk oyun 2:4

Partizan (Serbiya) – Santa-Klara (Portuqaliya) 2:0 İlk oyun 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər