Konfrans Liqası: Maksimlə Qara ilk "3-lük"də

Konfrans Liqası: Maksimlə Qara ilk "3-lük"də

Konfrans Liqasının qrup mərhələsində V turun statistik göstəriciləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

"Qarabağ"ın iki üzvü ən çox dəqiq ötürmə verən futbolçuların siyahısına düşüb.

Müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Qara Qarayev Bakıda Kiprin "Omoniya" klubu ilə görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Onlar bu göstəricidə yalnız Danimarka "Randers"inin üzvü Lasse Berqdən (92) geri qalıblar.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər