Konfrans Liqası iki oyunla başladı, hər ikisində 2 qol vuruldu

Konfrans Liqası iki oyunla başladı, hər ikisində 2 qol vuruldu

UEFA Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.

Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günü iki matçla başlayıb.

Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. “Velej” öz meydanında “Eskaldes”lə heç-heçəyə razı olub. “Auda” isə 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına bu gün yekun vurulacaq.

1-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.

UEFA Konfrans Liqası 1-ci təsnifat mərhələsi, ilk oyunları 10 iyul

Velej (Bosniya və Herseqovina) – Eskaldes (Andorra) 1:1

Auda (Latviya) – B36 Torshavn 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər