Konfrans Liqası: Erməni klubu İsraildə darmadağın edildi - YENİLƏNİB

Konfrans Liqası: Erməni klubu İsraildə darmadağın edildi - YENİLƏNİB

UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.

A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1. Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası isə qolsuz heç-heçə edib.

Konfrans Liqası Qrup mərhələsi, I tur 14 sentyabr

A qrupu

18:30. "Makkabi Tel-Əviv" (İsrail) - "Alaşkert" (Ermənistan) 4:1 Qollar: Stipe Peritsa, 13. Qabi Kanixovski, 32. Dani Biton, 45+3. Matan Hozez, 72 - Joze Embalo, 17. E qrupu 18:30. "Makkabi Hayfa" (İsrail) - " Feyenord" (Niderland) 0:0

Qeyd edək ki, ilk turun digər 14 oyunu sentyabrın 16-da keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər