Konfrans Liqası: Dörd oyunda iki darmadağın

Konfrans Liqası: Dörd oyunda iki darmadağın
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsi start götürüb. 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd matç baş tutub.
 
TNS səfərdə Litva "Kauno Jalgiris"ini darmadağın edibsə, Uelsin digər klubu - "Konnah" rəqib meydanında 1:4 hesabıyla yenilib. "Domjale" - "Honka" matçında heç-heçə qeydə alınıb. Malta təmsilçisi "Hibernians" San Marino səfərindən inamlı zəfərlə dönüb.
 
Azərbaycanı bu yarışda təmsil edəcək "Qarabağ”, "Sumqayıt” və "Keşlə” də bu mərhələdən mübarizəyə qoşulacaq. İyulun 21-də keçiriləcək yeganə oyun "Sumqayıt”la Serbiya "Çukariçki”si arasında baş tutacaq. Qalan qarşılaşmalar isə bir gün sonra keçiriləcək. "Qarabağ” doğma meydanda İsrail "Aşdod”uyla qarşılaşacaq, "Keşlə” səfərdə Rusiya "Soçi”si ilə üz-üzə gələcək.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçları iyulun 27-də və 29-da keçiriləcək.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
20 iyul
 
Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1
 
Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5
 
Priştina (Kosovo) – Konnah (Uels) 4:1
 
Folqore (San Marino) – Hibernians (Malta) 1:3
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər