Konfrans Liqası:  Daha 4 klub III mərhələyə yüksəldi

Konfrans Liqası:  Daha 4 klub III mərhələyə yüksəldi

Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Yekunda “ÇFR Kluj” (Rumıniya), AİK (İsveç), “Aris” (Yunanıstan) və “Klaksvik” (Farer adaları) komandaları növbəti mərhələyə yüksəliblər.

Bu mərhələnin qalan matçları sabah baş tutacaq. Azərbaycan təmsilçiləri – “Neftçi”, “Zirə” və “Qəbələ” də cavab matçlarını iyulun 28-də keçirəcəklər.

Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunları 26 iyul

Linkoln (Cəbəllütariq) – Tobol (Qazaxıstan) 0:1 İlk oyun – 0:2

TNS (Uels) – Vikinqur (İslandiya) 0:0 İlk oyun – 0:2

Ballkani (Kosovo) – La Fiorita (San Marino) 6:0 İlk oyun – 4:0

27 iyul

İnter Eskaldes (Andorra) – ÇFR Kluj (Rumıniya) 1:1 İlk oyun – 0:3

AİK (İsveç) – Vorskla (Ukrayna) 2:0 İlk oyun – 2:3

Qomel (Belarus) – Aris (Yunanıstan) 1:2 İlk oyun – 1:5

Klaksvik (Farer adaları) – Sutyeska (Monteneqro) 1:0 İlk oyun – 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər