Konfrans Liqası: "Bazel"in oyunçusu hamını qabaqladı

Konfrans Liqası: "Bazel"in oyunçusu hamını qabaqladı

UEFA Konfrans Liqasında həftənin ən yaxşı oyunçusunun kimliyi bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu, "Qarabağ"la birlikdə H qrupunda yer alan “Bazel”in 30 yaşlı müdafiəçisi Mixael Lanqdır.

Arxa xətt oyunçusu İsveçrədə Qazaxıstan "Kayrat"ını 4:2 hesabı ilə yendikləri matçda dubl edib.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Tottenhem”dən (İngiltərə) Harri Keyn, HJK-dan (Finlandiya) Rop Riski və “Partizan”dan (Serbiya) Lazar Markoviç də namizəd idi.    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər