ABŞ-də təşkil olunan klublararası dünya çempionatına bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, final oyununda İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları üz-üzə gələcəklər.
Nyu Cersi ştatındakı "Midoulends" arenasında baş tutacaq qarşılaşmanı İrandan olan FİFA referisi Əlirza Faqani idarə edəcək. Oyun saat 23:00-da başlayacaq.
Fransa nəhəngi 1/8 finalda "İnter Mayami"ni (4:0), 1/4-də "Bayern Münhen"i (2:0), yarımfinalda isə "Real Madrid"i (4:0) məğlub edib. Londonlular isə ilk pley-off mərhələsində "Benfika"nı əlavə vaxtda 4:1 yenib, 1/4-də və 1/2-də Braziliya təmsilçilərini - müvafiq olaraq "Palmeyras" (2:1) və "Fluminense"ni (2:0) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-də start götürüb və ilk dəfə 32 komandanın iştirakı ilə baş tutub.
Klublararası dünya çempionatı Final 13 iyul
23:00. Çelsi (İngiltərə) - PSJ (Fransa)