Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında sonuncu yarımfinalçı bəlli olub.

Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin son oyununda “Real Madrid” ilə “Borussiya Dortmund” qarşılaşıblar. 

İspaniya nəhəngi almanları 3:2 hesabı ilə məğlub edib.

Oyunda hesabı 10-cu dəqiqədə Qonsalo Qarsiya açıb. 20-ci dəqiqədə Fran Qarsiya fərqi 2 topa çatdırıb. 90+3-cü dəqiqədə Maksimilyan Beyer hesab arasında fərqi azaltsa da, 2 dəqiqə sonra Kilian Mbappe "Real"ın üstünlüyünü yenidən 2 topa çatdırıb. 90+6-cı dəqiqədə Din Höysen qırmızı vərəqə alıb ki, dortmundlular 90+8-ci dəqiqədə penaltidən fərqlənən Seru Girassi isə oyunda son nöqtəni qoyub.

“Real Madrid”in yarımfinaldakı rəqibi Fransanın PSJ klubu olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər