Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

ABŞ-də keçirilən klublararası dünya çempionatında daha bir 1/4 finalçının adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, 1/8 finalda Braziliyanın "Fluminense" komandası ilə qarşılaşan İtaliya "İnter"i gözlənilmədən məğlub olub.

"Fluminense" German Kanonun 3-cü dəqiqədə vurduğu qolla hesabı açıb. Herkules 90+3-cü dəqiqədə komandasının üstünlüyünü möhkəmləndirməklə yanaşı, yekun nəticəni müəyyənləşdirib - 2:0

Braziliyalılar 1/4-də "Mançester Siti" (İngiltərə) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər