Klublararası dünya çempionatı: 1/8 final cütləri müəyyənləşdi

Klublararası dünya çempionatı: 1/8 final cütləri müəyyənləşdi

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final cütləri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, bu mərhələnin ilk oyununda "Braziliya derbisi" baş tutacaq. 

Son 1/4 finalçı isə "Borussiya Dortmund"la "Monterrey"in görüşündə bilinəcək.

32 komandanın qatıldığı və artıq yarısının ələndiyi klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. 

Klublararası dünya çempionatı 1/8 final 28 iyun

20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya) 00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

29 iyun

20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ) 00:00. "Flamenqo" (Braziliya) - "Bayern Münhen" (Almaniya).

30 iyun

23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya)

1 iyul

05:00. “Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) 23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya)

2 iyul

05:00. "Borussiya Dortmund" (Almaniya) - "Monterrey" (Meksika)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər