KL: "Fiorentina" evə məğlub, "Çelsi" qalib döndü

KL: "Fiorentina" evə məğlub, "Çelsi" qalib döndü

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

“Fiorentina” Yunanıstanda “Panatinaikos”a uduzub. “Çelsi” Danimarkada “Kopenhagen”i yenibsə, “Betis”  evdə “Vitoriya” ilə bərabərliyə razılaşıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.

UEFA Konfrans Liqası 1/8 final mərhələsi, ilk oyunlar 6 mart

“Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya) 2:2 Qollar: Bakambu, 48. İsko, 75 – Mendes, 51. Oliveyra, 81.

“Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) 3:2 Qollar: Sviderski, 5. Maksimoviç, 19. Tete, 55 – Beltran, 20. Facoli, 23.

“Molde” (Norveç) – “Legiya” (Polşa) 3:2 Qollar: Hestad, 11. Eriksen, 17. Qulbrandsen, 43 – Çodina, 64. Lukinyas, 67.

“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) 1:2 Qollar: Qabriel Pereyra, 79 – R.Ceyms, 46. E.Fernandes, 65.

“Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika) 3:0 Qollar: A.Pululu, 69; 78. Romançuk, 75.

“Çelye” (Sloveniya) – “Luqano” (İsveçrə) 1:0 Qol: Svetlin, 23.

“Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya) 1:1 Qollar: Vukoviç, 90+2-pen – Delyo, 34.

“Pafos” (Yunanıstan) – “Yurqorden” (İsveç) 1:0 Qol: Tankoviç, 65.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər