KL: "Çelsi"dən darmadağın, "Betis"dən inamlı, "Fiorentina"dan əzmkar qələbə

KL: "Çelsi"dən darmadağın, "Betis"dən inamlı, "Fiorentina"dan əzmkar qələbə

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ilk iki matç saat 20:45-də, digər ikisi isə 23:00-da başlayıb.

“Çelsi” səfərdə “Legiya”nı darmadağın edibsə, “Fiorentina” “Çelye”ni yenib.

Avstriyanın “Rapid” komandası “Yuroqrden”lə səfər duelində qələbəyə sevinib. “Betis” isə öz meydanında “Yagelloniya”nı məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 1/4 finalın cavab görüşləri aprel ayının 17-də keçiriləcək.

UEFA Konfrans Liqası 1/4 final, ilk oyunlar 10 aprel

“Legiya” (Polşa) – “Çelsi” (İngiltərə) 0:3 Qollar: Corc, 49. Madueke, 57; 74.

“Betis” (İspaniya) – “Yagelloniya” (Polşa) 2:0 Qollar: Bakambu, 24. X.Rodriges, 45+2.

“Çelye” (Sloveniya) – “Fiorentina” (İtaliya) 1:2 Qollar: Şobe, 68 – L.Ranyeri, 27. Mandraqora, 62-pen.

“Yurqorden” (İsveç) – “Rapid” (Avstriya) 0:1 Qol: Finndell, 62-öz qapısına.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər