KL: "Çelsi", "Fiorentina", "Betis" və "Yurqorden" yarımfinalda

KL: "Çelsi", "Fiorentina", "Betis" və "Yurqorden" yarımfinalda

UEFA Konfrans Liqasında bu gün yarımfinalçılar bəlli olub.

Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin bütün cavab görüşləri eyni gündə baş tutub.

“Fiorentina” “Çelye”ni, “Betis” “Yagelloniya”nı, “Çelsi” “Legiya”nı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. “Yurqorden” isə “Rapid”i əlavə vaxtda məyus edib.

UEFA Konfrans Liqası 1/4 final, cavab oyunları 17 aprel

“Fiorentina” (İtaliya) – “Çelye” (Sloveniya) 2:2 Qollar: Mandraqora, 37. Kin, 67 – Matko, 54. Nemaniç, 65. İlk oyun – 2:1.

“Yagelloniya” (Polşa) – “Betis” (İspaniya) 1:1 Qollar: Çurlinov, 81 – Bakambu, 78. İlk oyun – 0:2.

“Çelsi” (İngiltərə) – “Legiya” (Polşa) 1:2 Qollar: Kukurelya, 33 – Pexart, 10-pen. Kapuadi, 53. İlk oyun – 3:0.

“Rapid” (Avstriya) – “Yurqorden” (İsveç) 1:4 Qollar: Une-Larsson, 45+1-öz qapısına – Danielson, 42-pen. Kosuqi, 77. Qulliksen, 93; 105. İlk oyun – 1:0.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər