KL: 1/4-in bütün cütləri bəlli oldu

KL: 1/4-in bütün cütləri bəlli oldu

UEFA Konfrans Liqasında ötən gecə 1/8 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, beləliklə, bütün 1/4 final cütləri müəyyənləşib. 

Növbəti mərhələdə Polşanın 2, İngiltərə, İspaniya, İtaliya, Avstriya, Sloveniya və İsveçin isə 1 təmsilçisi mübarizəni davam etdirəcək. 

KL-in 1/4 final cütləri:

“Betis” (İspaniya) – “Yagelloniya” (Polşa)  “Çelye” (Sloveniya) - “Fiorentina” (İtaliya) “Çelsi” (İngiltərə) – “Legiya” (Polşa) “Yurqorden” (İsveç) – “Rapid” (Avstriya)

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları 10 apreldə, cavab görüşləri isə bir həftə sonra keçiriləcək. Konfrans Liqası kubokunun hazırkı sahibi "Olimpiakos"dur. Ötənilki finalda Yunanıstan nəhəngi "Fiorentina"nı məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər