Çexiyanın "Mlada Boleslav" klubuna keçən Kamran Ağayev Avropa Liqasında iştirak edə biləcək. Fanat.Az xəbər verir ki, Çexiya təmsilçisi futbolçumuzun adını sifariş ərizəsinə salıb.
Bununla da Kamran Avropa Liqasının III təsnifat mərhələsində "Mlada Boleslav"ın Albaniyanın "Şkenderbue" klubu ilə keçirəcəyi oyunda meydana çıxa biləcək. Millimiziqn qapıçısı 30 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Mlada Boleslav" - “Şkenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Fanat.Az