Joau Feliks İstanbul nəhənginə keçir -Agenti açıqladı

Joau Feliks İstanbul nəhənginə keçir -Agenti açıqladı

Portuqaliyalı ulduz Joau Feliks karyerasını Türkiyədə davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Sporx" futbolçunun agenti Jorje Mendeşə istinadən yayıb.

O, müştərisinin bu yay "Qalatasaray"a keçə biləcəyini bildirib: "Klublar razılığa gəlsələr, müştərim "Qalatasaray"da oynayacaq".

"Qalatasaray" forvardı satın alma opsionu ilə bir illik icarəyə götürməyi planlaşdırır. İstanbul klubu onu cari mövsümün sonunda komandadan ayrılacaq Viktor Osimhenin əvəzləyicisi kimi görür.

Xatırladaq ki, Feliks fevralın əvvəlində 6 aylıq icarə müqaviləsi ilə "Milan"a köçmüşdü. O, İtaliya klubunda 10 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Feliksin hüquqları 2031-ci ilin yayına kimi "Çelsi"yə məxsusdur. 25 yaşlı portuqaliyalı futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər