İtaliya nəhəngi Fabreqasa görə klubunun "qapısını döydü" - SON DURUM

İtaliya nəhəngi Fabreqasa görə klubunun "qapısını döydü" - SON DURUM

İtaliya nəhəngi "İnter" "Komo" klubundan baş məşqçisi Sesk Fabreqas ilə danışıqlara başlamaq üçün icazə istəyib. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb.

Mənbənin məlumatına görə, son qərar "Komo"dan asılı olduğundan ispaniyalı ilə “neradzurri” rəhbərliyi arasında hələlik birbaşa müqavilə razılaşdırılmayıb. Baxmayaraq ki, “İnter” artıq öz layihəsini Fabreqasa təqdim edib.

Qeyd edək ki, ötən axşam Simone İnzaqinin "İnter"in baş məşqçi postunu tərk etdiyi açıqlanıb.

38 yaşlı Fabreqasın rəhbərliyi altında "Komo" ötən mövsüm A Seriyasını 10-cu pillədə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər