İspaniya nəhəngi "Qızıl top"un sahibi ilə danışıqlara başladı - SON DURUM

İspaniya nəhəngi "Qızıl top"un sahibi ilə danışıqlara başladı - SON DURUM

"Real Madrid" yarımmüdafiənin mərkəzini gücləndirmək üçün aktiv şəkildə variantlar axtarır. 

Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin ulduzu Rodri mümkün əsas namizədlər arasındadır. Bu barədə "El Gol Digital" məlumat yayıb.

Florentino Peresin artıq Rodri ilə bağlı İngiltərə nəhəngi ilə danışıqlara başladığı, oyunçunun dəyərinin potensial transferdə ən çətin nöqtələrdən biri olduğu bildirilir. Madrid klubu müqaviləyə "şəhərlilər"in maraq göstərdiyi iddia edilən braziliyalı hücumçu Rodriqonu da daxil etmək istəyir.

Rodri "Qızıl top"un hazırkı sahibidir. Futbolçu ötən mövsümün çox hissəsini zədə səbəbindən buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər