İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

İspaniya millisinin sabiq oyunçusu, son 2,5 ili "Vulverhempton"da keçirən Pablo Sarabiya Premyer Liqa klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçunun müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni anlaşma imzalanmayıb.

Sarabiya gedişi ilə bağlı fikirlərini bildirib: "Mən hər mövsümdə bu komandaya ən yaxşısını arzulayacağam. Ömrümün sonuna qədər onları dəstəkləyəcəm, çünki "qurdlar"a çox minnətdaram". 

Qeyd edək ki, 2023-cü ilin yanvar ayından "Vulverhempton"da çıxış edən Sarabiya 2024/25 mövsümündə “Vulverhempton”un heyətində 28 oyuna çıxıb və 3 qola, 2 məhsuldar ötürməyə imza atıb. İspaniyalı iki il yarım ərzində 77 rəsmi oyun keçirib, 8 qol vurub və 12 məhsuldar ötürmə edib. 

"Vulverhempton" İngiltərə Premyer Liqasını 16-cı pillədə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər