İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 matç baş tutub.

“Mançester Yunayted” evdə “Vest Hem”ə, “Tottenhem” “Kristal Pelas”a yenilib. “Çelsi” isə “Nyukasl”la səfər matçından xalsız ayrılıb. “Nottingem Forest” – “Lester Siti” və “Liverpul” – “Arsenal” oyunlarında isə məhsuldar heç-heçə qeydə alınıb.

Hazırda İPL-in turnir cədvəlinə 83 xalı olan “Liverpul” başçılıq edir. Çempionluğu vaxtından əvvəl təmin etmiş "qırmızılar"ın ən yaxın izləyicisi 68 xala malik “Arsenal”dır. “Nyukasl” 66, “Mançester Siti” 65, “Çelsi” və “Aston Villa” 63, “Nottingem Forest” 62 xal toplayıb.

İngiltərə Premyer Liqası 36-cı tur 10 may

Fulhem – Everton 1:3 Qollar: Ximenes, 17 – Mikolenko, 45+3. Kin, 70. Beto, 73.

İpsviç  – Brentford 0:1 Qol: Şade, 18.

Sauthempton – Mançester Siti 0:0

Vulverhempton – Brayton 0:2 Qollar: Uelbek, 28-pen. Qruda, 85.

Bornmut – Aston Villa 0:1 Qol: Uotkins, 45+6.

11 may

Nyukasl – Çelsi 2:0 Qollar: Tonali, 2. B.Gimaraynş, 90.

Mançester Yunayted – Vest Hem 0:2 Qollar: Souçek, 26. Bouen, 57.

Nottingem Forest – Lester Siti 2:2 Qollar: Gibbs-Uayt, 25. K.Vud, 56 – Koadi, 16. Buananotte, 81.

Tottenhem – Kristal Pelas 0:2 Qollar: Eze, 45; 48.

LiverpQollarul – Arsenal 2:2 Qollar: Qakpo, 20. L.Dias, 21 – Martinelli, 47. Merino, 70.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər