İngiltərə nəhəngi "Fənərbağça"nın müdafiəçisinə elçi düşdü - SON DURUM

İngiltərə nəhəngi "Fənərbağça"nın müdafiəçisinə elçi düşdü - SON DURUM

İngiltərənin "Mançester Yunayted" klubu "Fənərbağça"nın gənc müdafiəçisi Yusuf Akçiçeklə yaxından maraqlanır. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Yağız Sabuncuoğlu yayıb.

Xəbərə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi İsyanbul nəhənginin Şotlandiya “Reyncers”inə uduzduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununa skaut göndərib. 19 yaşlı türk futbolçunun çıxışını diqqətdə saxlayan “Mançester Yunayted” bu mövsüm bitdikdən sonra müdafiəçini transfer etməyə cəhd edə bilər. 

Xatırladaq ki, Yusuf Akçiçek bu mövsüm "Fənərbağça"nın heyətində Türkiyə Super Liqasında 5 oyun keçirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər