İngiltərə millisinin sabiq oyunçusu özünü Papa elan etdi - FOTO

İngiltərə millisinin sabiq oyunçusu özünü Papa elan etdi - FOTO

İngiltərə millisinin keçmiş futbolçusu Co Barton özünü Papa elan edib. 

Fanat.Az xəbər verir ki, sabiq yarımmüdafiəçi sosial şəbəkə hesabında bununla bağlı zarafatyana paylaşımla diqqət çəkib:

"Dünyaya sevinclə elan edirik ki, Müqəddəs Ruhun və Müqəddəs Kardinallar heyətinin qərarı ilə Cozef Barton Müqəddəs Pyotrun taxtına seçilib. Bundan sonra o, Papa II Cozef Barton, Universal Kilsənin Ali Pontifi, Roma yepiskopu, Məsihin davamçısı və Allahın qulu kimi tanınacaq. Əlbəttə, möminlər sevinir".

İngiltərə millisinin sabiq oyunçusu özünü Papa elan etdi - FOTO Qeyd edək ki, Co Barton "Mançester Siti", "Nyukasl", "Olimpik Marsel", "Reyncers" klublarındakı çıxışı ilə tanınır. O, futbolçu karyerasını 2017-ci ildə başa vurub. 42 yaşlı mütəxəssis 2018-2023-cü illərdə məşqçi kimi fəaliyyət göstərib.

Roma Papası Fransisk bazar ertəsi, aprelin 21-də vəfat edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər