İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

Türkiyə millisinin sabiq hücumçusu İlhan Mansız “Beşiktaş”ın hazırkı heyətini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, komandada cəmi üç futbolçunun – Rafa Silva, Mert Günok və Nəcib Uysalın qalmalı olduğunu bildirib.

İlhan özünün "Youtube" kanalında cari mövsümün əhəmiyyətli hissəsini zədə səbəbindən buraxan Qazaxıstan millisinin yarımmüdafiəçisi Baktiyor Zaynutdinovla bağlı belə deyib: “O, hələ də “Beşiktaş”da oynayır? Onu artıq buraxın getsin".

İlhan Mansız özü də əvvəllər "Beşiktaş"da çıxış edib. O, komandasında 85 oyun keçirib və 47 qol vurub. Mansız 2003-cü ildə komanda ilə Türkiyə çempionu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər