İkinci Liqa: Vüqar Nadirovlu "Şəmkir"dən növbəti qələbə

İkinci Liqa: Vüqar Nadirovlu "Şəmkir"dən növbəti qələbə

Bu gün Azərbaycan İkinci Liqasında 20-ci tur yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 4 matç keçirilib.

Məhsuldar keçən qarşılaşmalarda ümumilikdə 15 qol vurulub. 

İlk "üçlük"də qərarlaşan "Şimal" autsayder "Füzuli"ni çətinlik çəkmədən məğlub edib. Oyunda vurulan 5 qol iki futbolçunun ayağına yazılıb.

"Kür-Araz" - "Araz-Saatlı" və "Ağdaş" - "Göygöl" matçlarında da sevinən tərəf meydan sahibləri olublar. 

Turun prinsipial qarşılaşmalarından birində isə "Şəmkir" yaxın qonşusu "Dinamo"nu səfərdə məğlub edib. Beləliklə, Vüqar Nadirovun komandası 4-cü yerdə qərarlaşan "Haypers Quba" ilə xal fərqini 1-ə endirib.

Turun qalan oyunlarının nəticələri: 

Qusar – Lerik 3:2  Şəfa – Şəki Siti 6:0 Şahdağ Qusar – Haypers Quba 2:1

İkinci Liqa 20-ci tur 9 aprel 

Şimal - Füzuli 5:0 Qollar: P.Azadov, 23; 53; 55. T.Nəsibov, 49; 73. 

Kür-Araz - Araz Saatlı 4:2 Qollar: E.Məmmədov, 7; 48. R.Abbasov, 9; 16 - R.Süleymanov, 30. R.Süleymanov, 81. E.Xəlilli, 90+1.

Ağdaş - Göygöl 2:0 Qollar: V.Nəsirov, 75. E.Vəliyev, 90.

Dinamo - Şəmkir 0:2 Qollar: V.Cəfərov, 72. Ü.Nağdalıyev, 77.

İkinci Liqa: Vüqar Nadirovlu "Şəmkir"dən növbəti qələbə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər