İkinci Liqada 24-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.
Üç oyunda qonaqlar minimal hesablı qələbələr qazanıblar. "Haypers Quba", "Göygöl" və "Lerik" səfərdən 3 xalla dönməyi bacarıblar. "Şimal" isə doğma meydanda "Şəki Siti"yə heç bir şans verməyib.
Turun digər oyunlarının nəticələri:
"Şəfa" - "Şahdağ Quba" 0:0 "Qusar" - "Ağdaş" 1:2 "Şəmkir" - "Füzuli" 3:0
İkinci Liqa 24-cü tur 7 may
"Araz-Saatlı" - "Lerik" 0:1 Qol: Z.Nuruzadə, 59.
"Şimal" - "Şəki Siti" 3:0 Qollar: V.Seyidov, 4. P.Seyidov, 29; 88.
"Kür-Araz" - "Haypers Quba" 1:2 Qolar: İ.Hüseynli, 30 - H.Novruzov, 27. C.İmamverdiyev, 42.
"Dinamo" - "Göygöl" 0:1 Qol: E.Rəhimov, 14.