İkinci Liqa: Çempionatın ən məhsuldar komandasından növbəti darmadağın

İkinci Liqa: Çempionatın ən məhsuldar komandasından növbəti darmadağın

Azərbaycan İkinci Liqasıda 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

Altı qolun vurulduğu “Hypers Quba” – “Ağdaş” matçında qalib müəyyənləşməyib. “Şəmkir” evdə “Qusar”ı çətinliklə məğlub edib. “Şəki Siti”nin qonağı olan “Şahdağ Qusar” səfərdən qələbə ilə qayıdıb. “Lerik”in qonağı olan “Şəfa” isə matçdan darmadağınla ayrılıb. Çempionatın ən məhsuldar komandası olan paytaxt təmsilçisi 3 xalı 5 qolla əldə edib.

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

İkinci Liqa 19-cu tur 1 aprel

“Haypers Quba” – “Ağdaş” 3:3 Qollar: Cavid İmamverdiyev, 52; 87-pen. Nicad İsmayılov, 90+2 – Elvin İsmayılov, 63. Taleh Yusifli, 67. Vasif Nəsirov, 90+4-pen.

“Şəki Siti” – “Şahdağ Qusar” 0:1 Qol: Tural Qurbatov, 90+6.

“Lerik” – “Şəfa” 0:5 Qollar: Elvin Nəsibov, 19; 29-pen. Ruslan Hacıyev, 59; 86. Tərlan Quliyev, 80.

“Şəmkir” – “Qusar” 2:1 Qollar: Fəzail Şirxanzadə, 21. Ceyhun Rəcəbli, 73 – Nicat Muxtarov, 51.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər