İkinci Liqa: Amil Yunanov pentatrik etdi, Qusar komandaları son dəqiqə qoluna sevindilər

İkinci Liqa: Amil Yunanov pentatrik etdi, Qusar komandaları son dəqiqə qoluna sevindilər

Bu gün Azərbaycan İkinci Liqasında 20-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Görüşlər maraqlı alınıb. "Şəfa" "Şəki Siti"yə divan tutub ki, 6 qolun vurulduğu oyunda Amil Yunanov pentatrik müəllifi olub.

Lider "Şahdağ Qusar"la "Qusar" isə xal itkisindən son dəqiqə qolları ilə xilas ola biliblər. "Qusar" 0:2-dən geridönüş edə bilibsə, "Şahdağ Qusar" matça əlavə olunmuş 5-ci dəqiqədə qələbə topunu vurub.

Turun qalan oyunları sabah keçiriləcək.

İkinci Liqa 20-ci tur 8 aprel 

Qusar – Lerik 3:2 Qollar: M.Rzayev, 47. M.Xəlilov, 84. F.Ağalarov, 90+2 - R.Ağazadə, 15. R.Quluzadə, 17. 

Şəfa – Şəki Siti 6:0 Qollar: A.Yunanov, 41; 52; 56; 80; 84. E.Nəsibov, 83.

Şahdağ Qusar – Haypers Quba 2:1 Qollar: T.Qurbatov, 19. V.Hüseynov, 90+5 - C.İmamverdiyev, 36.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər