İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

Almaniyanın "Verder" klubu baş məşqçisi Ole Vernerlə yollarını rəsmən ayırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Bremen klubunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, ayrılığa səbəb Vernerin klubla müqaviləni yeniləməkdən imtina etməsidir. Müqavilə daha bir mövsüm üçün qüvvədə idi. “Musiqiçilər” məşqçi ilə uzunmüddətli əməkdaşlığa ümid etsə də, bu baş verməyib. 

Qeyd edək ki, “Verder” Bundesliqada mövsümü fantastik şəkildə başa vurub. Komanda son 2 ayda - martın 15-dən bəri heç bir oyunda uduzmayıb, 5 qələbə qazanıb və 3 heç-heçə edib. Bu nəticə bremenlilərə çempionatı 51 xalla səkkizinci yerdə - avrokubok zonasına yaxın yerdə başa vurmağa imkan verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər