II Liqa: Vüqar Nadirovlu "Şəmkir" darmadağınla liderlərə yaxınlaşdı

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" darmadağınla liderlərə yaxınlaşdı

Bu gün Azərbaycan İkinci Liqasında 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç keçirilib.

Görüşlərin ikisində qapılara 5, birində 6 qol vurulub. "Füzuli" evdə "Ağdaş"ı minimal, "Şimal" səfərdə "Araz Saatlı"nı böyük hesabla məğlub edib.

Turun son oyununda ortabablardan olan "Kür-Araz"ı Tovuzda qonaq edən "Şəmkir" 3 xalı 6 cavabsız qolla qazanıb. Bu qələbə sayəsində Vüqar Nadirovun komandası "Haypers Quba"nı 4-cü yerdən sıxışdıraraq ilk "üçlüy"ün arxasında qərarlaşıb.

Turun qalan oyunlarının nəticələri: 

Göygöl - Şahdağ Qusar 0:2 Haypers Quba - Şəfa 1:5 Şəki Siti - Qusar 0:1 Lerik - Dinamo 1:2

İkinci Liqa 21-ci tur 16 aprel 

Füzuli – Ağdaş 3:2 Qollar: E.Abbaslı, 60-pen; 76-pen. Ə.Əliyev, 90+5 - E.Süleymanov, 42. T.Yusifli, 90+4.

Araz Saatlı – Şimal 1:4 Qollar: E.Səmədov, 28-pen. - P.Azadov, 4. T.Nəsibov, 38. V.Əzizli, 40-öz qapısına. C.Kəlbəliyev, 44.

Şəmkir – Kür-Araz 6:0 Qollar: V.Cəfərov, 12-pen; 33; 54; 90. C.Rəcəbli, 29. Ü.Nağdalıyev, 45+1.

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" darmadağınla liderlərə yaxınlaşdı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər