II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

Bu gün Azərbaycan II Liqasında sonuncu - 26-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 matç baş tutub.

"Lerik" səfərdə "Füzuli"ni minimal, "Ağdaş" isə "Kür-Araz"ı böyük hesabla məğlub edib. Çempionatın bürünc mükafatçısı "Şimal" isə doğma meydanda "Göygöl" üzərində inamlı qələbə qazanıb.

Beləliklə, Füzuli çempionatı sonuncu yerdə bitirərək Region Liqasına yuvarlanıb. "Lerik" isə Region Liqasının finalçısı ilə pley-off matçı keçirəcək. 

Tura, başqa sözlə, həm də çempionata sabah yekun vurulacaq.

Azərbaycan II Liqası 26-cı tur 20 may

Füzuli – Lerik 0:1 Qol: Z.Nuruzadə, 79.

Kür-Araz – Ağdaş 1:4 Qollar: E.Məmmədov, 57-pen. - V.Nəsirov, 4. A.Kərimxanov, 9. E.Süleymanov, 21. Ü.Sarıyev, 40.

Şimal – Göygöl 2:0 Qollar: T.Nəsibov, 56. C.Kəlbəliyev, 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər