Azərbaycan I Liqasında 23-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutub.
Aşağı pillələrdə qərarlaşan komandaların duelində maraqlı nəticələr qeydə alınıb. Aşkar autsayder "Qaradağ Lökbatan" "Difai"ni məğlub edib. "Mingəçevir" isə "Baku Sportinq"i darmadağın edərək 7-ci yerə yüksəlib.
Azərbaycan I Liqası XXIII tur 24 aprel
Qaradağ Lökbatan – Difai 3:1 Qollar: A.Abdullayev, 58-pen; 75. H.Həsənov, 84 - S.Əliyev, 10.
Mingəçevir – Baku Sportinq 4:0 Qollar: T.Fərmanov, 5. N.Əliyev, 25; 46, A.Usman, 66.
Turun qalan oyunları sabah keçiriləcək:
25 aprel (cümə)
“Karvan” – “Cəbrayıl” Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Namiq Əliyev Yevlax şəhər stadionu, 17:00
“Zaqatala” – “İmişli” Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Rüfət Əmirov Zaqatala OİK stadionu, 17:00 “Qəbələ” – MOİK Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Mahal Məmmədov Qəbələ şəhər stadionu, 18:00